Türkiyǝ vǝ Fransa ǝmǝkdaşlığı güclǝndirmǝk qǝrarına gәlib

Sinop Nüvǝ stansiyasının tikinti işlǝri ilә bağlı Türkiyǝ vǝ Fransa ǝmǝkdaşlığı güclǝndirmǝk qǝrarına gәlib.

190771
Türkiyǝ vǝ Fransa ǝmǝkdaşlığı güclǝndirmǝk qǝrarına gәlib

Sinop Nüvǝ stansiyasının tikinti işlǝri ilә bağlı Türkiyǝ vǝ Fransa ǝmǝkdaşlığı güclǝndirmǝk qǝrarına gәlib.
Fransanın Ankaradakı sǝfiri Laurent Bili, Sinop Nüvǝ stansiyanının iki ölkǝ üçün strateji bir layihǝ olduğunu vurğulayıb.
Sǝfir Bili, iki ölkǝ arasındakı bu ǝmǝkdaşlığın, Avropa İttifaqına tamhüquqlu üzvlük prosesindǝ Türkiyǝnin cinahını güclǝndirǝcǝyinǝ eyham edib.
Türkiyǝ Mersin Akkuyu vǝ Sinopda tikilǝcǝk nüvǝ stansiyaları ilǝ bu sahǝdǝ gücünü artırmağa hazırlaşır.
Qeyd edǝk ki, Mersin vilayǝtindǝki Akkuyu nüvǝ stansiyası üçün Rusiya ilǝ müqavilǝ bağlayan Türkiyǝ, Sinop vilayǝtindǝ tikilǝcǝk ikinci stansiya  ilә әlaqәdar Yaponiya vǝ Fransa ilǝ 2013-cü ildǝ saziş imzalamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr