Dövlǝt başçısı Әrdoğan Avropa İttifaqını tǝnqid edib

Әrdoğan, Türkiyǝnin son illǝrdǝ enerji sahǝsindǝ önǝmli addımlar atdığını xatırladıb.

191634
Dövlǝt başçısı Әrdoğan Avropa İttifaqını tǝnqid edib

Dövlǝt başçısı, Ankarada tǝşkil edilǝn “Enerji Bazarları” zirvǝsinǝ qatılıb.
Әrdoğan, Türkiyǝnin son illǝrdǝ enerji sahǝsindǝ önǝmli addımlar atdığını xatırladıb vǝ enerji mövzusunu müzakirǝyǝ çıxarmayan Avropa İttifaqına sǝrt mesajlar verib.
Әrdoğan deyib ki, Avropa İttifaqına üzvlük müzakirǝlǝrindǝ açılmayan fǝsillǝrdǝn birinin enerji olması mǝnalıdır. Bizim kǝsirimizin nǝ olduğunu soruşuruq, buna cavab verilmir, verǝ bilmǝzlǝr dǝ.
Avropa İttifaqının Nabuco layihǝsini hǝyata keçirǝ bilmǝdiyinǝ işarǝ edǝn Dövlǝt başçısı bildirib ki, TANAP layihǝsi ilǝ qaz nǝqliyyatı Türkiyǝ üzǝrindǝn yaxın zamanda mümkün olacaq. Onlar da bunu izlǝmǝyǝ davam edǝcǝklǝr, elǝ ǝsas mǝsǝlǝ budur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr