Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Prezident İlham Əliyevi Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

187253
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı “Esenboğa” hava limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Qeyd edekǝk ki, Azərbaycan prezidenti İlham Əliyev sǝfǝri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirib.
Görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, iki ölkǝnin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusi dilǝ gǝtirilib. Görüş zamanı Türkiyənin “Böyük 20-liyin” növbəti görüşünə ev sahibliyi etməsinin önəmindən danışılıb.
Bu arada, Azərbaycan Türkiyədə keçiriləcək G-20 sammitinə dəvət olunub.
Prezident İlham Əliyev həmin tədbirə dəvətə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. Bu dəvət Azərbaycanla Türkiyə arasında dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd edilib. Dövlət başçıları Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini dilǝ gǝtiriblǝr.
Prezident Әliyevin Ankaraya sǝfǝrindǝ daha sonra iki dövlǝt başçısının ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclası keçirilib.
İclasda Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tiflis-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub. İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində Azərbaycan və Türkiyə arasında bir sıra sənədlər dǝ imzalanıb.
Türkiyə ilə Azərbaycan arasında yanvarın 15-də Ankarada keçirilmiş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının nəticələri ilə bağlı birgə bəyanat da imzalanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr