Çavuşoğlu: "Gəlin Kıbrısı sülh və sabitlik adasına çevirək"

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Rumlara müraciət edərək “Gəlin Kıbrısı sülh və sabitlik adasına çevirək” deyə bildirib.

186600
Çavuşoğlu: "Gəlin Kıbrısı sülh və sabitlik adasına çevirək"

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Rumlara müraciət edərək “Gəlin Kıbrısı sülh və sabitlik adasına çevirək” deyə bildirib.
Nazir, Şimali Kıbrıs Türk Respublikasına sәfәri çәrçivәsindә ilk olaraq prezident Derviş Eroğlu tərəfindən qəbul edilib.
Görüşdən sonra təşkil edilən mətbuat konfransında, müzakirələrin davam etməsini istədiklərini ifadə edib.
Prezident Eroğlu, “Bir araya gəlməyimiz heç kim tərəfindən zəiflik olaraq qəbul edilməsin. Çarəsiz və ya alternativsiz deyilik. Başımızda dövlətimiz, yanımızda Vətənimiz var. Bizi 46 ildir ki, heç bir nəticə verməyən danışıqlara məhkum edənlər, bilməlidirlər ki, səbrin də bir sonu var” deyə bildirib.
Xarici işlər naziri Mevlüt Çavuşoğlu da, Kıbrıs probleminin həllinin, Türk xarici siyasətinin əsas ünsürlərindən olduğunu söyləyib. Həll istiqamətində hər cür yaxşı niyyətli cəhdə dəstək verəcəklərini ifadə edən Çavuşoğlu, “tək tərəfli qərarlar həll üçün qәnaәtbәxş deyil” deyә vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr