Davudoğlu terror aktlarını lənətlǝyib

Baş nazir Əhməd Davudoğlu Fransa və Nigeriyadakı terror aktlarını lənətləyib və sǝrt dillǝ pislǝyib.

178040
Davudoğlu terror aktlarını lənətlǝyib

Baş nazir Əhməd Davudoğlu Fransa və Nigeriyadakı terror aktlarını lənətləyib və sǝrt dillǝ pislǝyib.
Müxtǝlif ölkǝlǝrdǝ vǝzifǝli Türk səfirliklərə ötǝn gün axşam Ankarada verdiyi ziyafǝtdǝ çıxış edǝn Əhməd Davudoğlu Fransaa və Nigeriyada baş verən terror aktlarına toxunaraq deyib ki,bunlar İslam dininin əsla icazə verməyəcəyi aktlardır. “Həm bu terror aktını törǝdǝnlǝr həm də mədəniyyǝt sahǝsindǝ gərginliyi dǝrinlǝşdirǝnlǝrǝ dǝstǝk olanlar eyni qaynaqdır. Terror eyni zamanda irqçiliyin və xarici düşmənçiliyinin önünü açır”-deyǝ Baş nazir vurğulayıb.
Davudoğlu onu da qeyd edib ki, Fransadakı terror mütlǝq lǝnǝtlǝnmǝli bir aktdır vǝ arxasında olan qüvvələr Avropada mədəniyyət qarşıdurmasının yayılması hədəfinə üz tutublar. Amma eyni günlərdə İsveçdəki və digər ölkələrdəki məscidlərə istiqamətli hücumlar hǝyata keçirilir. Bunların hamısı birbaşa terrora ǝsas təşkil edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr