Xarici İşlər Nazirliyi Liviya ilə bağlı açıqlama yayıb

Xarici İşlər Nazirliyi, Liviyada olan Türk vətəndaşlarına ölkəni tezliklə tərk etmələrini tövsiyə edir.

177605
Xarici İşlər Nazirliyi Liviya ilə bağlı açıqlama yayıb

Xarici İşlər Nazirliyi, Liviyada olan Türk vətəndaşlarına ölkəni tezliklə tərk etmələrini tövsiyə edir.
Ötən gün Nazirlik tərəfindən verilən açıqlamada Liviyaya səfər etmək üçün məcburi səbəbləri olmayan vətəndaşların bu ölkədən ayrılmaları və zərurət olmadıqca bu ölkəyə səyahət etməyi məsləhət görüb.
Açıqlamada, “Son həftələrdə Liviyada yaşanan qarşıdurmalar və hava hücumları səbəbiylə qeyri-sabitlik vəziyyətində hələ də Liviyada olan vətəndaşlarımıza tez bir zamanda ölkəni tərk etməyi məsləhət görürük” deyə bildirilir.
Təcili vəziyyətlərdə Liviyanı tərk etmək istəyən vətəndaşlar ehtiyacları olan köməyi almaq üçün Nazirliyin 24 saat xidmət göstərən qaynar xəttlərinə müraciət edə bilərlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr