Çavuşoğlu: Avropa İttifaqı Türkiyǝnin üzvlüyü prosesindǝ sǝhv ad

Xarici işlǝr naziri Mövlud Çavuşoğlu, Sǝfirlǝrin 7-ci Konfransında çıxış edib.

174100
Çavuşoğlu: Avropa İttifaqı Türkiyǝnin üzvlüyü prosesindǝ sǝhv ad

Sǝfirlǝrin 7-ci Konfransında çıxış edǝn xarici işlǝr naziri Mövlud Çavuşoğlu, Avropa İttifaqındakı maliyyǝ böhranının yaratdığı problemlǝrin vǝ bu çǝrçivǝdǝ artan irqçilik vǝ xarici ölkǝ vǝtǝndaşlarına qarşı düşmǝnçilik siyasǝtinin yaxından izlǝnmǝsinin vǝ lazımi tǝdbirlǝrin görülmǝsinin vacibliyini dilǝ gǝtirib.
Avropa İttifaqına üzv ölkǝlǝrdǝki qurumlarla inteqrasiya olunması prosesini qǝrarlı şǝkildǝ davam etdirdiklǝrini vurğulayan Çavuşoğlu deyib ki, avropalı dostlarımız Türkiyǝnin İttifaqa tam hüquqlu üzv olması mövzusunda mǝnfi niyyǝtǝ ǝsaslanan sǝhv addımlar atır vǝ bu da nahaq yanaşmalara sǝbǝb olur. Bu sǝhv siyasǝtin davam etmǝsinin qarşısının alınması vǝ Türkiyǝnin üzv olması mövzusunda ümumi ictimaiyyǝtin yenidǝn istǝkli olması üçün tǝdbirlǝr görülmǝlidir. Bu uğurda cǝhdlǝrimiz davam ǝdir.
Xarici İşlǝr naziri, Türkiyǝnin xarici siyasǝtindǝ ǝdalǝtli, sülhpǝrvǝr vǝ insana üstünlük verǝn bir yol izlǝdiyini, bu anlayışın digǝr ölkǝlǝrǝ nümunǝ tǝşkil etdiyini bildirib.
Nazir, BMT-nin 2016-cı ildǝ ilk dǝfǝ tǝşkil edǝcǝyi Dünya Humanitar Yardım Zirvǝsi üçün Türkiyǝni tǝrcih etmǝsindǝ ölkǝmizin humanitar yardım sahǝsindǝki rolunun tǝsirli olduğuna diqqǝt çǝkib.
Sǝfirlǝrlǝ şam yemǝyindǝ bir araya gǝlǝn Çavuşoğlu, Xarici İşlǝr Nazirliyinin Diplomatiya Akademiyası layihǝsinin yaxın zamanda hǝyata keçirilǝcǝyini dǝ sözlǝrinǝ ǝlavǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr