Xalid Məşəl: "Türkiyə bütün müsəlmanlar üçün güc mənbəyidir"

Həmas siyasi büro rǝhbǝri Xalid Məşəl Әdalǝt vǝ İnkişaf Partiyasının Konya şǝhǝrindǝ keçirilǝn toplantısına qatılaraq partiya üzvlǝrinǝ sǝslǝnib.

162676

Məşəl, çıxışında fələstinlilərdən Konyaya salam getirdiyini söyləyib.
Türkiyəni son illərdə, Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu liderliyində, göstərmiş olduğu inkişaf fəaliyyətlərinǝ görǝ təbrik edən Məşəl, "Güclü bir Türkiyə güclü bir Qüds, güclü bir Fələstin deməkdir." deyib.
Demokratik, sabit və inkişaf etmiş Türkiyənin bütün müsəlmanlar üçün güc qaynağı olduğunu vurğulayan Məşəl, Türkiyənin keçmişdən bəri Məscidi-Əqsa mövzusunda həssaslıq göstərdiyini ifadə edib.
Partiya üzvlǝrinǝ səslənən Baş nazir Əhməd Davudoğlu da, Türk bayrağının artıq bütün dünyada mǝzlum xalqların müdafiǝsi rǝmzinǝ çevrildiyini söyləyib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr