"Türkiyə enerji transferi mövzusunda cazibə mərkəzi mövqeyinә sahib ölkәdir"

Davudoğlu Makedoniyaya sәfәri çәrçivәsindә Türkçe Təhsil Bayramı tәdbirinә qatılıb.

158252
"Türkiyə enerji transferi mövzusunda cazibə mərkəzi mövqeyinә sahib ölkәdir"

Davudoğlu Makedoniyaya sәfәri çәrçivәsindә Türkçe Təhsil Bayramı tәdbirinә qatılıb.
Makedoniyanın paytaxtı Skopyeyә sәfәri çәrçivәsindә, iki ölkə arasındakı əlaqələri irәli pillәlәrә qaldırmaq mәqsәdi ilә bir sıra görüşlәr keçirәn baş nazir Davudoğlu, Türk və Makedon ticarət palataları nümayəndələri ilə günorta yemәyindә bir araya gəlib. İki ölkə arasında güclü siyasi və mədəni əlaqələrin iqtisadi sahədə də eyni səviyyəyə qaldırmanın vacibliyini vurğulayan baş nazir Davudoğlu daha sonra Makedoniya baş naziri Nikola Gruevski ilə ikilikdә vә heyətlər arası görüş reallaşdırıb.
Danışıqlardan sonra təşkil edilən birgә mәtbuat konfransında həll prosesinә toxunan Davudoğlu, prosesin möhkәm adımlarla irәlilәdiyini, qısa zamanda müsbət nәticә әldә edilәcәyinә ümidvarlığını bildirib.
Skopyedәki Türk bazarını və Murat Paşa Məscidini dә gəzən Davudoğlu, axşam prezident Gjorge İvanov tərəfindən qəbul edilib.
Səfirlər Konfransına da qatılan Davudoğlu, burada etdiyi çıxışında, Türkiyənin enerji transferi mövzusunda bölgədә cazibə mərkəzi mövqeyinә sahib ölkә olacağını vurğulayıb.
Makedoniyada 2007-ci ildәn bәridir qeyd olunan Türkçe Təhsil Bayramı tәdbirinә dә qatılan Baş nazir, buradakı çıxışında isә "Şərəfli bir millətin bu torpaqlardakı nümayəndələri və Makedoniya Respublikasının bərabər hüquqlu vәtәndaşları olaraq bu әrazilәrdәki varlığınızı qorumaqda davam edin. Mәdәniyyәtlәrә, dinlərə hörmətlə yanaşan Makedoniya hökuməti, Türkiyə Respublikası dövlәti və 77 milyon sizlәrin yanındadır deyә vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr