"Türkiyәnin, İraq Kürd Regional rәhbәrliyә dәstәyi artaraq davam edәcәk"

Baş nazir Əhməd Davudoğlu İraq Kürd Regional Rəhbərliyi (IKBY) baş naziri Neçirvan Bərzani ilə bir araya gәlib.

153186
"Türkiyәnin, İraq Kürd Regional rәhbәrliyә dәstәyi artaraq davam edәcәk"

Baş nazir Əhməd Davudoğlu İraq Kürd Regional Rəhbərliyi (IKBY) baş naziri Neçirvan Bərzani ilə bir araya gәlib. Davudoğlunun Şimali İraqdakı mövcud vəziyyət haqqında məlumat aldığı görüş zamanı qonaq heyət regional rәhbәrliyә dəstəyi sәbәbiylә Türkiyәyә minnәtdarlığını bildirib.
Baş nazirlik qaynaqlarından əldə edilən məlumata görə, Davutoğlu ilә İraq Kürd Regional Rəhbərliyi baş naziri Bərzani arasında İstanbul Dolmabahçәdәki baş nazirlik Ofisində reallaşan görüşdә, Davudoğlu İraq və İraq Kürd Regional Rəhbərliyinin təhlükəsizliyinin Türkiyə üçün əhəmiyyətinә diqqәt çәkib. Türkiyənin bu sahәdә əməkdaşlıq və dəstəyinin artaraq davam edəcəyini bildirib. Bu çərçivədə İraqda mərkəzi hökumət ilə İraq Kürd Regional Rəhbərliyi arasında əməkdaşlığın inkişafı yüksәk qiymәtlәndirilib.
Davudoğlu, İraq baş naziri Heydər əl-İbadinin qarşıdakı həftə gözlənilən Türkiyәyә sәfәri zamanı reallaşdırılacaq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası toplantısının, Türkiyənin İraqla olan əlaqələrә töhvә verәcәyinә inam ifadә edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr