Sürǝt qatarı İstanbul-Konya arasını 4 saatda qǝt edǝcǝk

Konya-İstanbul Sürǝt Qatarı xǝtti, Dövlǝt başçısı Tayyib Әrdoğan vǝ Baş nazir Әhmǝd Davudoğlunun qatıldığı mǝrasimdǝ dünǝn açılıb.

151780
Sürǝt qatarı İstanbul-Konya arasını 4 saatda qǝt edǝcǝk

Konya-İstanbul Sürǝt Qatarı xǝtti, Dövlǝt başçısı Tayyib Әrdoğan vǝ Baş nazir Әhmǝd Davudoğlunun qatıldığı mǝrasimdǝ dünǝn açılıb.
Başladılan sǝfǝrlǝrin hǝm Konyaya hǝm İstanbula xeyirli olmasını dilǝyǝn Dövlǝt başçısı, Mövlananı vǝfatının 741-ci ildönümündǝ dǝ hörmǝtlǝ xatırladıqlarını deyib.
Baş nazir Davudoğlu da, hakimiyyǝtdǝ olduqları müddǝtdǝ, ilk olaraq 13 fevral 2009-ci il tarixindǝ, Ankara ilǝ Әskişǝhir, 2011-ci ildǝ Ankara-Konya, 2013-cü ildǝ Әskişǝhir Konya, cari ilin iyul ayında Ankara-İstanbul sürǝt qatarı sǝfǝrlǝrinin başladıldığını, indi isǝ Konya vǝ İstanbulun sürǝt qatarı ilǝ birbirinǝ bağlanacağını bildirib.
Konya-İstanbul xǝttinin açılışının başqa layihǝlǝri dǝ gündǝmǝ gǝtirdiyinǝ işarǝ edǝn Davudoğlu deyib ki, Türkiyǝni Asiya ilǝ Avropa arasında, Aralıq dǝnizi ilǝ Qara dǝniz arasında, Orta Şǝrq ilǝ Balkanlar, Qafqazlar arasında gerçǝk bir nǝqliyyat mǝrkǝzinǝ çevirmǝyi arzu edirik.
Nǝqliyyat, Dǝnizçilik vǝ Kommunikasiya naziri Lütfi Әlvan da, sürǝt qatarı xǝtti ilǝ Konya-İstanbul arasındakı 13 saatlıq yolun 4 saat çǝkǝcǝyini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr