Mövlana, vǝfatının 741-ci ildönümündǝ Konya şǝhǝrindǝ anılıb

Mövlana, vǝfatının 741-ci ildönümündǝ Konya şǝhǝrindǝ tǝşkil edilǝn müxtǝlif tǝdbirlǝrlǝ anılıb.

152486
Mövlana, vǝfatının 741-ci ildönümündǝ Konya şǝhǝrindǝ anılıb

Mövlana, vǝfatının 741-ci ildönümündǝ Konya şǝhǝrindǝ anılıb.
“Şǝbi Әrus” mǝrasiminǝ Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, Baş nazir Әhmǝd Davudoğlu, Cümhuriyyǝt Xalq partiyasının sǝdri Kamal Kılıçdaroğlu, Din İşlǝri üzrǝ İdarǝnin rǝhbǝri Mehmet Görmǝz, kabinet üzvlǝrindǝn bǝzilǝri, millǝt vǝkillǝri vǝ vǝtǝndaşlarla yanaşı ölkǝ xaricindǝn gǝlǝn qonaqlar qatılıb.
Çad Cümhuriyyǝti prezidenti vǝ Zenzibar prezidentinin müavini dǝ “Şǝbi Әrus” mǝrasimindǝ iştirak edib.
Dövlǝt başçısı Әrdoğan mǝrasimdǝ etdiyi çıxışda, Mövlanın ǝsǝrlǝrindǝ şǝrh etdiyi hekayǝlǝrlǝ gerçǝk din xadimi ilǝ dindǝn öz mǝnfǝǝtlǝri üçün istifadǝ edǝnlǝri gözǝl nümunǝlǝr verǝrǝk nümayiş etdirdiyini vurğulayıb.
Türkiyǝnin yeni bir bahara hazırlaşdığına işarǝ edǝn Dövlǝt başçısı, “Bu bahar qardaşlıq, hǝmrǝylik, Türkiyǝdǝ hüququn, siyasǝtin, idarǝnin, ictimaiyyǝtdǝ hǝr kǝsin normal olacağı bir bahardır.”deyib.
Dövlǝt başçısı Әrdoğan vǝ Baş nazir Davudoğlu, sǝmazǝnlǝrin nümayişindǝn sonra Mövlana muzǝyini ziyarǝt edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr