Baş nazir Davudoğlu Yunanıstanda sǝfǝrdǝdir
Türkiyǝ-Yunanıstan Ali Sǝviyyǝli Әmǝkdaşlıq Şurasının növbǝti toplantısı Yunanıstanın paytaxı Afinada başlayır.
Türkiyǝ-Yunanıstan Ali Sǝviyyǝli Әmǝkdaşlıq Şurasının növbǝti toplantısı Yunanıstanın paytaxı Afinada başlayır.
Baş nazir Әhmǝd Davudoğlu rǝhbǝrliyindǝki Türk heyǝti Afinada görüşlǝr keçirmǝyǝ başlayıb.
2 gün davam edǝcǝk toplantılarda, enerjidǝn turizmǝ, bankdarlıqdan maliyyǝyǝ qǝdǝr müxtǝlif sahǝlǝrdǝ qarşılıqlı ǝmǝkdaşlıq imkanları müzakirǝ edilǝcǝk.
Baş nazir Davudoğlu vǝ müşayiǝtindǝki heyǝt Afinada mǝrasimlǝ qarşılanıb.
Davudoğlu, növbǝ ilǝ Yunanıstan prezidenti vǝ Baş naziri ilǝ görüş keçirǝcǝk.
Görüşlǝrin ardından İş Forumu tǝşkil edilǝcǝk.
Baş nazir Davudoğlu vǝ nazirlǝr, hǝmkarları ilǝ ikitǝrǝfli görüşlǝr dǝ keçirǝcǝklǝr.
İkitǝrǝfli görüşlǝrin ǝsasını iqtisadi mǝsǝlǝlǝrlǝ yanaşı Şǝrqi Aralıq dǝnizindǝki vǝziyyǝt, Qıbrıs vǝ Qǝrbi Traqya Türklǝrinin vǝziyyǝti tǝşkil edǝcǝk.
Heyǝtdǝ yer alan iş adamları vǝ bürokratlar da qarşılıqlı ǝmǝkdaşlıq imkanlarını dǝğǝrlǝndirǝcǝk.
Görüşlǝrdǝn sonra iki ölkǝ Baş naziri birgǝ mǝtbuat toplantısı tǝşkil edǝcǝk.
Davudoğlu, Yunanıstandakı Türklǝrin nümayǝndǝlǝrini vǝ Afinada yaşayan Trükiyǝ mǝnşǝli Rum azlığın nümayǝndǝlǝrini qǝbul edǝcǝk.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq