İyirmilәr qrupuna rәhbәrlik Türkiyәdә

Əli Babacan, Türkiyənin “İyirmilər qrupuna” rəhbərliyi zamanı ön planda tutulacaq işlər barədə danışıb.

210526
İyirmilәr qrupuna rәhbәrlik Türkiyәdә

Baş nazirin müavini Əli Babacan, Türkiyənin “İyirmilər qrupuna” rəhbərliyi zamanı ön planda tutulacaq işlər barədə danışıb.
“Türkiyə- 2015 G-20 rəhbərliyi” konfransında çıxış edən Babacan, Türkiyənin, başçılığı üzərinə götürdüyünü bildirib.
Babacan Türkiyənin başçılıq etdiyi dövrdə işsizlik ilə mübarizəyə əhəmiyyət veriləcəyini və G-20 xaricində qalan ölkələrə də kömək etmək üçün çalışacaqlarını vurğulayıb.
Babacan, “İyirmilər qrupuna” başçılığın sırayla deyil seçki ilə müəyyənləşdiyini söyləyib.
Nazir müavini qeyd edib ki, araşdırmalara görə G-20 ölkələrinin verdiyi sözlərə əməl edəcəkləri təqdirdə dünya iqtisadiyyatı 2 faiz böyәcәk.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr