Bu gün müəllimlər günüdür

Türkiyədə müəllimlər günü münasibətiylə müxtəlif tədbirlər keçirilir.

203586
Bu gün müəllimlər günüdür

Bu gün Türkiyədə müəllimlər günüdür. Bu gün münasibətiylə müxtəlif tədbirlər keçirilir. Tədbirlər Təhsil naziri Nəbi Avcının 81 bölgədən gələn 204 müəllimlə birlikdə ulu öndər Atatürkün anıt məzarını ziyarəti ilə başlayıb. Daha sonra nazir Təhsil nazirliyində müəllimləri qəbul edib. Çıxışında müəllimliyin müqəddəs bir peşə olduğunu qeyd edən Avcı, “Beynəlxalq araşdırmalar göstərir ki, dünyada müəllimlərə cəmiyyət tərəfindən ən çox hörmət edilən üç ölkədən biri Türkiyədir. Dünya ölkələri arasında Türkiyə, müəllimlərə hörmət baxımından ilk üçlüyə daxil olan ölkədir. Bu bizim mədəniyyətimizdəki, kökləri çox dərinlərə gedən müəllim sevgisinin və hörmətinin bir təzahürüdür”deyə bildirib.
Müəllimlər, Baş nazir Əhməd Davudoğlu tərəfindən də qəbul ediliblər. 24 noyabr Müəllimlər Gününü qey etmə mərasimi isə saat 14.30-da Ankara Müəllimlər Evində keçiriləcək. Bundan başqa digər şəhərlərdən gələn müəllimlər Türkiyə Böyük Millət Məclisində qəbul olunacaqlar. Prezident Rəcəb Tayyib Ərdoğan isə saat 19.00-da müəllimləri qəbul edərək ziyafət verəcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr