Әrdoğan ilә Co Bayden arasında aktual mövzular müzakirә edilib

Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın vitse prezidenti Co Baydenla İstanbulda görüşüb.

202054
Әrdoğan ilә Co Bayden arasında aktual mövzular müzakirә edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın vitse prezidenti Co Baydenla İstanbulda görüşüb.

Ərdoğan görüş zamanı başda Suriya, İraq və İŞİD təhdidi omaqla bütün aktual mövzuların müzakirə olnduğunu deyib.

Prezident, BMT ilә bütün regional və qlobal problemlərin həllində əməkdaşlıq etmәkdәn məmnun olduğunu bildirib. Beynəlxalq sistemin ondan gözlədiyi tənzimləyici rolun yetərli olmadığını söyləyib.
“Bir Türk ailəsinin qonağı olmadan “qonaqpərvərlik” sözünün tam mənasını anlamaq mümükün deyil” deyən Co Bayden isə Türkiyə ilə dostluq və tərəfdaşlığın daha əhəmiyyətli hala gәldiyini söyləyib. Bütün dünyaya təhlükə olan İŞİD-i məğlub etmək üçün ortaq strateqiyadan danışan Bayden, İraq və Suriya məsələsində də ABŞ-ın Türkiyə ilə əməkdaşlıq etdiyini qeyd edib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr