Ömer Çelik Azərbaycana gedır

Ömər Çeliyin rəhbərliyi ilə tanınmış incəsənət ustaları Azərbaycana səfər edəcəklər.

199106
Ömer Çelik Azərbaycana gedır

Azərbaycanda keçirilən Türkiyə mədəniyyət günləri çərçivəsində Mədəniyyət və turizm naziri Ömər Çeliyin rəhbərliyi ilə tanınmış incəsənət ustaları Azərbaycana səfər edəcəklər. Tədbir çərçivəsində 23 noyabr tarixində Heydər Əliyev Mərkəzində "Mədəniyyət günlərinin rəsmi açılışı, Dövlət Xalq Rəqsləri Topluluğu İstanbul Tarixi Türk Musiqisi Topluluğu" konserti, 24-27 noyabr tarixində Muzey Mərkəzində "Əl sənətləri" və "Qadın Başlığı", "Türkiyədən Rənglər" foto-sərgiləri, 25 noyabr tarixində Dövlət Mahnı Teatrında "Xalq ozanlarının deyişməsi", noyabr ayının 25-də və 26-da Nizami Kino Mərkəzində "Aşk Tesadüfleri Sever" və "Yozgat Bules" filmlərinin nümayişi, noyabr ayının 26-da və 27-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının "Nereye" və "Meraklısı için Öyle Bir Hikaye" tamaşalarına baxış keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr