"Dünyadakı iqtisadi durğunluq əhəmiyyətli bir mövzu kimi tәhlil edildi"

"Dünyada iqtisadi durğunluq ilә bağlı müzakirәlәrin aparıldığı bir dövrdә Türkiyə sürətlə inkişaf edir.".

198771
"Dünyadakı iqtisadi durğunluq əhəmiyyətli bir mövzu kimi tәhlil edildi"

Baş nazir Əhməd Davudoğlu, böyük 20-lik sammitində dünyadakı iqtisadi durğunluğun əhəmiyyətli bir mövzu kimi tәhlil edildiyini qeyd edib.
Davudoğlu bunu TRT-nin televiziya kanalındakı çıxışında bildirib.
Avropa İttifaqının Gömrük Sisteminә üzv olmayan ölkələr ilə ticarətlә bağlı müqavilələr imzalamasından müxalif olduğunu, Türkiyәnin bundan mәnfi tәsirlәndiyini,bunu G-20 sammitində sәslәndirdiyini ifadәedәn baş nazir Davudoğlu, bildirib ki, Dünyada iqtisadi durğunluq ilә bağlı müzakirәlәrin aparıldığı bir dövrdә Türkiyə sürətlə inkişaf edir. Bu siyasi iradənin töhvәsidir.
Terrorun sona çatması üçün hәyata keçirilәn həll prosesinә dә toxunan Davudoğlu, “ biz prosesi uğurla başa çatdırmaq istәdiyimizi intensiv olaraq sәslәndiririk. Lakin ictimai tarazlıq tәmin edilmәyәn bir mühitdə həll prosesindәn danışmaq olmaz” deyә vurğulayıb.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr