Ərdoğan, Morokko Kralı ilə telefonla danışıb

Telefon danışığında İsrailin son həftələrdə Hərəm-i Şərif və Əl-Əqsanı hədəf alan pozuntuları müzakirə edilib.

193951
Ərdoğan, Morokko Kralı ilə telefonla danışıb

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Morokko Kralı ilə telefonla danışıb.
Telefon danışığında İsrailin son həftələrdə Hərəm-i Şərif və Əl-Əqsanı hədəf alan pozuntuları müzakirə edilib.
Ərdoğan, İslam dünyasında narazılıqlara yol açan bu pozuntuların Türkiyə tərəfindən kəskin şəkildə tənqid olunduğunu vurğulayaraq, Mərakeş Kralı 6-cı Məhəmmədə, Rabatda İslam Əməkdaşlıq Təşkilatı Qüds Əlaqə Qrupu toplantısına Morakkonun ev sahibliyi etməsini təqdirəlayiq hesab edib.
Ərdoğan və Mərakeş Kralı 6-cı Məhəmmədin, İsrailin bu pozuntuları qarşısında İslam ölkələrinin ortaq bir münasibət ortaya qoymasının əhəmiyyətini vurğulayıb, baş verənlərə təəsüfləndiyini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr