Davudoğlu: "Suriya və İraqla bağlı birgə strategiya hazırlanmalı

“Böyük iyirmilər”in liderlər sammitində Obama ilə görüşən baş nazir Əhməd Davudoğlu, Vaşinqtonun Suriya siyasətində dəyişikliklə bağlı "güclü işarələr" olduğunu deyib.

191824
Davudoğlu: "Suriya və İraqla bağlı birgə strategiya hazırlanmalı

“Böyük iyirmilər”in liderlər sammitində ABŞ prezidenti Barak Obama ilə görüşən baş nazir Əhməd Davudoğlu, Vaşinqtonun Suriya siyasətində dəyişikliklə bağlı "güclü işarələr" olduğunu deyib.
Görüş ilə bağlı jurnalistlərə açıqlama verən Davudoğlu, “Hər zaman təkidlə söyləyirik ki, birgə strategiya lazımdır. Biz o zaman əlimizi daşın altına qoya bilərik” deyib. Azad Suriya Ordusu ilə orta qüvvələri ən qısa zamanda daha sürətli bir şəkildə dəstəkləməklə bağlı razılıq əldə olunduğunu deyən Davudoğlu, "Ortada 3-cü bir altrenativ qüvvə olmadan Suriya böhranından xilas olmaq mümkün deyil. Yəni Suriya Xalqının Bəşər Əsəd ilə İŞİD arasında məngənəyə alınmasına yol verməmək lazımdır. Bu mənzərəni daha əhatəli seyr etdiklərinə dair güclü işarələr var”

Davudoğlu, "ABŞ əvvəl İŞİD sonra Suriya məsələsinin həll olunacağını deyirdi, bu gün isə həm İŞİD-in, həm də Əsədin getməsinə qarşı işlər görür. Çünki rejimin Hələb hücumları göstərdi ki, İŞİD getsə belə yeni qaçqın dalğaları ortaya çıxacaq” deyə vurğulayıb.
“Böyük iyirmilər”in hər hansı bir siyasi fərqlilikləri nəzərə almadan insani böhranlara istiqmət almasını deyən Davudoğlu, toplantıların sonunda açıqlanan məlumatda Türkiyənin bu mövzuya işarə etmək təklifinin də qəbul edildiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr