Baş nazir Avstraliyada sǝfǝrdǝdir
Baş nazir Әhmǝd Davudoğlu, “Böyük İyirmilǝr”in liderlǝr zirvǝsinǝ qatılmaq mǝqsǝdilǝ Avstraliyaya sǝfǝr edib.
Baş nazir Әhmǝd Davudoğlu, “Böyük İyirmilǝr”in liderlǝr zirvǝsinǝ qatılmaq mǝqsǝdilǝ Avstraliyaya sǝfǝr edib.
Davudoğluna, Baş nazirin müavini Әli Babacan, Maliyyǝ naziri Mehmet Şimşǝk vǝ Әdalǝt vǝ İnkişaf partiyasının İqtisadiyyatdan mǝsul sǝdr müavini Mehmet Muş da müşayiǝt edir.
Liderlǝr zirvǝsi Avstraliyanın Brisben şǝhǝrindǝ, 15-16 noyabr tarixlǝrindǝ keçirilǝcǝk.
G20-dǝ sǝdrlik Türkiyǝyǝ debakr ayının 1-dǝ keçǝcǝk.
Baş nazir Davudoğlu, zirvǝ toplantılarından öncǝ, Grifth Universitetinin Brisben Bǝlǝdiyyǝ Sarayında tǝşkil etdiyi “Qlobal İnkişafı Güclǝndirmǝ” mövzulu konfransda çıxış edib.
Zirvǝyǝ qatılan bǝzi ölkǝlǝrin liderlǝri ilǝ ikitǝrǝfli görüşlǝr dǝ keçirǝcǝyi gözlǝnilǝn Davudoğlu, Avstraliyada fǝaliyyǝt göstǝrǝn Türk qǝyri-hökumǝt tǝşkilatlarının nümayǝndǝlǝrilǝ dǝ bir araya gǝlǝcǝk.
Baş nazir Davudoğlu, Brisbendǝ iki gün davam edǝcǝk zirvǝnin ikinci günündǝ “Qlobal İqtisadi Canlanma” vǝ “Enerji” mövzulu iclaslara qatılacaq, ayrıca media quruluşlarının nümyǝndǝlǝrilǝ bir araya gǝlǝcǝk sonra isǝ Avstraliyadan ayrılaraq Filippinǝ keçǝcǝk.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq