"Әl-Әqsa, bir gün azadlığına qovuşacaqdır."

Baş nazir Әhmǝd Davudoğlu, İsrailin Әl-Әqsaya etdiklǝrini sǝrt dillǝ tǝnqid edib.

184985
"Әl-Әqsa, bir gün azadlığına qovuşacaqdır."

“Әl-Әqsa, bir gün azadlığına qovuşacaqdır”
Bunu İsrailin Әl-Әqsaya etdiklǝrini sǝrt dillǝ tǝnqid edǝn Baş nazir Әhmǝd Davudoğlu deyib.
Ötǝn gün Bursa şǝhǝrindǝ müxtǝlif açılış mǝrasimlǝrinǝ qatılan Baş nazir, gün ǝrzindǝ Fǝlǝstin Dövlǝt rǝhbǝri Mahmud Abbas vǝ Hǝmas lidǝri Xalid Meşal ilǝ telefonla danışaraq “Bütün dünya Qüdsu unutsa biz unutmayacayıq” mesajı verib.
Davudoğlu, Bursada açılış mǝrasimindǝ xalqa sǝslǝnǝrkǝn dǝ Әl-Әqsa mǝscidindǝ ibadǝt hüquqlarının tapdalanması mǝsǝlǝsinǝ toxunaraq deyib ki, Әl-Әqsa mǝscidinin qarşı qarşıya qaldığı zülmü ǝn yaxşı bursalılar başa düşǝr. Bu mǝscid Bursa şǝhǝrindǝki Ulu mǝscid ilǝ qardaşdır. Ulu mǝscid, Әl-Әqsanın ruhunu ǝks etdirir. Bir gün Әl-Әqsanın azadlığa qovuşacağına ümid edirǝm.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr