Dövlǝt başçısı Әrdoğan İsraili sǝrt dillǝ tǝnqid edib
Dövlǝt başçısı, ötǝn gün Türkmǝnistanda verdiyi açıqlamada, Әl-Әqsa mǝscidinin yandırıldığını, Quran-ı Kǝrimin yerlǝrǝ atıldığını, mehrabın, minbǝrin sındırıldığını bildirib.
Dövlǝt başçısı Әrdoğan İsraili sǝrt dillǝ tǝnqid edib.
Dövlǝt başçısı, ötǝn gün Türkmǝnistanda verdiyi açıqlamada, Әl-Әqsa mǝscidinin yandırıldığını, Quran-ı Kǝrimin yerlǝrǝ atıldığını, mehrabın, minbǝrin sındırıldığını bildirǝrǝk deyib ki, Әl-Әqsa mǝscidi, sadǝcǝ fǝlǝstinlilǝrin mǝbǝdi deyil, bütün dünya müsǝlmanlarının qiblǝsi, mǝbǝdidir. Atılan bu addımlar düzgün deyil. Görǝsǝn sinaqoqlara qarşı belǝ bir vəhşilik edilsǝ İsrail buna nǝ deyǝr?
Türkiyǝnin mövqeyinin İsrail xalqına yox, İsrail hökumǝtinǝ qarşı olduğunu deyǝn Dövlǝt başçısı bildirib ki, İsrail hökumǝti bunun qarşısını almaq mǝcburiyyǝtindǝdir. Çünki Әl-Әqsa mǝscidinǝ qarşı edilǝnlǝr bağışlana bilmǝz.
Suriyada Әsǝdin fǝrq qoymadan kimyǝvi vǝ kalassik silahlarla, barrel bombaları ilǝ hǝr gün uşaqları qǝtlǝ yetirdiyini ifadǝ edǝn Әrdoğan, eyni şǝkildǝ İsrailin dǝ etdiklǝrinǝ görǝ heç bir şǝkildǝ cǝzalandırılmadığı üçün hǝr gün yeni bir addım atdığını, bütün Müsǝlmanlar hǝtta Xristian vǝ Musǝvilǝr üçün müdǝqqǝs olan mǝbǝdin hörmǝtsizcǝ içinǝ girdiyini söylǝyib.
Әrdoğan onu da qeyd edib ki, Әl-Әqsa mǝscidinǝ çǝkmǝlǝrlǝ girmǝk birbaşa müsǝlmanların inancına hücum mǝnasındadır. Bu vǝhşicǝsinǝ atılmış bir addımdır, bir o qǝdǝr dǝ tǝhlükǝlidir. Əgǝr dünya birliyi, BMT uşaqlara, mǝscidlǝrǝ ibadǝt yerlǝrinǝ hücum edǝn canilǝrin qarşısını ala bilmǝyǝcǝksǝ, o zaman vǝzifǝsi nǝdir?
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq