Xarici işlər naziri Әl-Әqsa mǝscidinǝ edilǝnlǝri dǝyǝrlǝndirib

Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Səud Əl Faysalın dəvəti ilə dünən Riyada gedən Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu ölkǝdǝ görüşlǝr keçirib.

184793

Çavuşoğlu, səfərindən sonra təşkil etdiyi mətbuat konfransında, Qüdsdə yaşanan proseslǝri dǝyǝrlǝndirib.
Çavuşoğlu deyib ki, nə zaman bölgəni maraqlandıran hər hansı bir mövzuda həll yoluna bir az yaxınlaşılsa İsrail dərhal bir bəhanə tapır, Fələstinə hücum edir, qadınları, uşaqları və başqa insanları öldürür. Həll yoluna doğru atılacaq bir addımın da önünə keçir. Bu göstərir ki, İsrail həll prosesi də istəmir, sülh dǝ istəmir və iki dövlətli bir həll yoluna hazır deyil. Amma İsrail bunları edərkən təəssüf ki, insanların inanclarına, ibadət yerlərinə hörmətsizlik göstərir, təhqir edir. Bölgədə son etdikləri, Qüdsdə Әl-Әqsa mǝscidinǝ etdikləri qəbul edilə bilǝcǝk şeylǝr deyil. Bu sǝbǝbdǝn, Birləşmiş Millətlər Təşkilatının aktiv olması və bu mövzuda məsul rǝftar etmǝsi barǝdǝ çağırış da etdik. Buna qarşı səssiz qalmayacağımızı bir daha vurğulamaq istəyirəm. "

Etiketlәr:

Әlaqәli Xәbәrlәr