Qüdrət Bülbül-Nazim İbrahimov arasında görüş olub

Qüdrət Bülbül Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov görüşüb.

387067
Qüdrət Bülbül-Nazim İbrahimov arasında görüş olub

Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Qüdrət Bülbül Azәrbaycana sәfәri çәrçivәsindә Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov görüşüb.
görüşdə hər iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. N.İbrahimov son illər güclənən Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətindən danışıb və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O, rəhbərlik etdiyi qurumla Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi arasında əlaqələrin inkişaf etdirilməsinin də vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, bu halda Azərbaycan və Türkiyə diasporları arasında koordinasiya daha effektli qurula bilər. Qüdrәt Bülbül isə öz növbəsində, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətinin daha effektli olacağını bildirib. O, xüsusilə türk dünyasını narahat edən beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış etməyin böyük əhəmiyyət daşıdığını, tədricən Azərbaycan və Türkiyə diasporlarının birliyinə, hər iki dövləti və xalqı narahat edən problemlərin həllində birgə fəaliyyətinə nail olduqlarını vurğulayıb.
Türkiyə diasporunun Xocalı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan diasporunun isə ermənilərin qondarma soyqırım iddialarına qarşı mübarizədə fəal iştirak etdiyini ifadә edәn Qüdrәt Bülbül birgə fəaliyyətin və qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu deyib.
Qeyd edək ki, bu ilin fevral ayında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Qüdrәt Bülbül Bakıya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi ilə yanaşı, bir sıra digər dövlət qurumlarında və türk icmalarında da görüşlər keçirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr