Nәcib Fazil mükafatlarının sahiblәri bәlli olub

Nəcib Fazil mükafatlarının İstanbulda tәqdim mәrasimi keçirilib.

178601
Nәcib Fazil mükafatlarının sahiblәri bәlli olub

Nəcib Fazil mükafatları İstanbulda tәşkil edilәn mәrasimlә sahiblərinә tәqdim edilib.
Star qəzeti tərəfindən bu il ilk dəfə təşkil edilən mükafat mərasiminə, prezident Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Haliç Konqres Mərkəzində tәşkil edilәn mərasimdə çıxış edәn prezident Rәcәb Tayyıb Әrdoğan Nəcib Fazilin gənc nəsillərə özünə inamı öyrətdiyini ifadә edәrәk 'bu gün yeni Türkiyə, böyük Türkiyə deyə bilirəmsə, bunda Nəcib Fazilin әlamәti, əsəri, әmәyi, səyi vardır' deyib vә Nəcib Fazilin, əxlaqı, namusu olmayan fikirlərin daimi ola bilmәyәcәyini vurğuladığını xatırladıb.
Prezident Әrdoğan, Әdəbiyyat dünyasından tanınmış şәxslәrin vә bәzi nazirlәrin dә qatıldıqları mükafat mәrasimindәki çıxışından sonra Nəcib Fazil Hörmət mükafatını, yazıçı Nuri Pakdil-ә tәqdim edib.
Nəcib Fazil mükafatları çәrçivәsindә şeir mükafatına Hüseyn Atlansoy, hekayə mükafatına isə Güray süngü layiq görülüb.
Fikir-Araşdırma mükafatları isә, professor Gülru Necipoğlu və Professor İsmayıl Erünsal-a tәqdim edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr