Kәrәm Əbu Salim və Beyt Hanun sərhəd qapıları bağlanır

İsrail Qəzzadakı sərhəd qapılarını bağlayır.

177755
Kәrәm Əbu Salim və Beyt Hanun sərhəd qapıları bağlanır

İsrailin bu gün Kәrәm Əbu Salim və Beyt Hanun sərhəd qapılarını bağlayacağı bildirilib.
Kәrәm Əbu Salim Sərhəd Qapısı rәisi Münir əl-Qalban, İsrail rəhbərliyinin, heç bir səbəb irәli sürmәdәn sərhəd qapısının bu gün bağlanacağını bildirdiyini, qәrarın nə qədər müddətlə qüvvәdi olacağına dair məlumat verilmәdiyini qeyd edib.
Qabaninin sözlәrinә görә, Qәzza xalqının Qərbi Şəriyəyə keçiş üçün istifadə etdiyi Beyt Hanun Sərhəd qapısı da, hümanitar hallarda istisna olmaqla bağlanılacaq.
Qeyd edәk ki, Həmas 2007-ci ildə Qəzzada iqtidara gәldikdәn sonra 4 sərhəd qapısını bağlayan İsrail rəhbərliyi, açıq tutduğu Kәrәm Əbu Salaim sәrhәd qapısını da vaxt aşırı fərqli səbəblər irәli sürərək müddətsiz bağlayır. Qəzzanın xarici dünyayla əlaqəsini təmin edәn Beyt Hanun Sərhəd Qapısından isə yalnız Qərbi Şəriyəyə getmək istəyən Qəzzalılar keçir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr