"ABŞ-ın İraqa verdiyi bütün silahlar İŞİD-in ǝlindǝdir"

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, ABŞ-ın İraqa verdiyi bütün silahların İŞİD-in ǝlinǝ keçdiyini bildirib.

176742
"ABŞ-ın İraqa verdiyi bütün silahlar İŞİD-in ǝlindǝdir"

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, ABŞ-ın İraqa verdiyi bütün silahların İŞİD-in ǝlinǝ keçdiyini bildirib.
Әrdoğan, bunu Fransaya sǝfǝri zamanı Beynǝlxalq Әlaqǝlǝr İnstitutunda etdiyi çıxışda deyib.
Dövlǝt başçısı, hazırda o silahlarla İraqın 40 faizinin işğal edildiyinǝ diqqǝt çǝkǝrǝk bildirib ki, Türkiyǝ vǝ Fransa İraq vǝ Suriyadakı problemlǝrǝ oxşar düşüncǝlǝrlǝ yanaşır.
Әrdoğan, Türkiyǝ sǝrhǝdindǝki problemlǝrin hǝlli üçün uçuşa qadağa bölgǝ vǝ tǝhlükǝsiz bölgǝ elan edilmǝsinin vacibliyinǝ dǝ toxunaraq, bunların hamısının hǝyata keçirilmǝsilǝ Türkiyǝnin, beynǝlxalq koalisiya qüvvǝlǝrinin atdığı bütün addımları eynilǝ atacağını bundan heç kǝsin şübhǝ etmǝmǝsini deyib.
Әsǝd rejiminin öz xalqından yüzlǝrlǝ insanı qetlǝ yetirmǝsinǝ Dünyanın sǝssiz qaldığını vurğulayan Dövlǝt başçısı, bunun qarşısında tamamilǝ boşaldılmış olan Kobani mövzusunda dünyanın ayağa qalxdığını bunun isǝ bir ziddiyyǝt olduğuna işarǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr