Türkiyə Əfqanıstan münasibətləri

Mövlus Cavuşoğlu: “Türkiyə, Əfqanıstan üçün regional təhlükəsizlik və əməkdaşlığı qarşıya məqsəd qoyan İstanbul prosesindəki fəal rolunu davam etdirir”

176145
Türkiyə Əfqanıstan münasibətləri

“Türkiyə, Əfqanıstan üçün regional təhlükəsizlik və əməkdaşlığı qarşıya məqsəd qoyan İstanbul prosesindəki fəal rolunu davam etdirir”
Bunu Pekində keçirilən Xarici İşlər Nazirlərinin İstanbul Prosesi 4-cü konfransında Xarici Işlər naziri Mövlüt Çavuşoğlu deyib.
Tədbirdə çıxış edən Əfqanıstan Dövlət Başçısı Əşrəf Qəni Əhmədzay Türkiyəyə və prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini çatdırıb.
13 ölkədən nümayəndə heyətlərinin iştirak etdiyi toplantıda çıxış edən Xarici İşlər naziri Çavuşoğlu,Türkiyənin Türkdilli Ölkələr Şurasının sədri olduğunu xatırladıb. "Azərbaycan, Qazaxıstan və Qırğızıstan Xarici İşlər nazirləri olaraq Əfqanıstan ilə əməkdaşlığımızın altına xətt çəkirik” deyib.
Çavuşoğlu, ayrıca Türkmənistan və Pakistan Xarici İşlər nazirləri ilə ikitərəfli danışıqlar aparıb. "Türkiyə Əfqanıstanın yanında olmaqda davam edəcək. Əfqanıstanın üzləşdiyi çətinliklər özünə aid deyil, regional, terrorizm, narkotika sərhədlərdən keçən sahələrdir. Bu çətinliklərə qarşı səy göstərmək lazımdır” deyə qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr