Təhlükəsizlik Şurası toplantısı keçirilir

Ərdoğanın "prezident" olaraq iştirak edəcəyi ilk Milli Təhlükəsizlik Şurası toplantısı keçirilir.

174774
Təhlükəsizlik Şurası toplantısı keçirilir

Bu gün prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın "prezident" olaraq iştirak edəcəyi ilk Milli Təhlükəsizlik Şurası toplantısı keçirilir. Toplantıya eyni zamanda baş nazir kimi ilk dəfə Əhməd Davudoğlu da qatılacaq. Çankaya Köşkündə saat 14.00-da başlayacaq toplantıya prezident Rəcəb Tayyib Ərdoğan ilk dəfə başçılıq edəcək. Mərasimdə Baş nazir müavinləri Numan Kurtulmuş və Yalçın Akdoğan ilə xarici işlər naziri Mevlüt Çavuşoğlu da iştirak edəcək. Toplantıda əsas müzakirə mövzusu dövlətin içində qaydalara uyğun hərəkət etməyən paralel quruluş ilə mübarizə olacaq. Buna görə, "qırmızı kitab" olaraq tanınan Milli Təhlükəsizlik Siyasəti sənədlərinin yenilənməsi gözlənilir. Bundan başqa Türkiyə - İraq, Suriya sərhədində baş verənlər, İŞİD təhdidinə qarşı yol xəritəsi, daxili təhlükəsizlik islahatı və həlli prosesi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr