Mәdәn qәzası Vaşinqtondakı tәdbirlәrә dә tәsir etdi

29 Oktyabr Respublika günü münasibətilə keçirilən mərasimlərə Karamandakı mədən qəzası damğa vurub.

174247
Mәdәn qәzası Vaşinqtondakı tәdbirlәrә dә tәsir etdi

ABŞ-nın paytaxtı Vaşinqtonda 29 Oktyabr Respublika günü münasibətilə keçirilən mərasimlərə Karamandakı mədən qəzası damğa vurub. Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç və xanımı Sinem Kılıç, ilk olaraq Səfirlik İqamətgahında xarici qonaqları qəbul edib. Rəsmi qonaqların qatıldığı mərasimdə İki ölkənin himnləri səsləndirildikdən sonra Antakya Mədəniyyətlər Xorunun konsert verməsi planlanlaşdırılmış olsa da, Karamanda baş verən hadisə ilə bağlı yalnız ilahilər oxunub. Səfir Sərdar Kılıç “Karamandan yaxşı xəbərlər almağı ümid edirik, diləklərimiz və dualarımız onlar üçündür” deyib. Mərasimdə ABŞ dövlət katibi Con Kerrinin ABŞ rəhbərliyinin mədən qəzasından duyduqları kədərini bildirən mesaj çatdırılıb. Axşam saatlarında isə Türkiyənin Vaşinqton səfirliyi Türk qonaqlar üçün təşkil edilən qəbula ev sahibliyi edib. Mərasimdə prezident Rəcəb Tayyib Ərdoğanın məktubu oxunub. Türkiyənin ədalətə, və sülhə tərəfdar olması, məzlum və zərər çəkənlərin haqqını cəsarətlə müdafiə etməyi davam etdirəcəyini deyən Ərdoğan, mesajında “Türkiyənin regional və qlobal sülh üçün təcrübəsini insanlıq adına səfərbər etməkdən qaçılmayacaqdır” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr