Əhməd Davudoğlu BBC-yə açıqlama verib

Baş nazir Əhməd Davudoğlu, “ictimaiyyət məmnun qalsın deyə, Kobaniyə qarşı yardım istiqamətində heç bir strategiyanı qəbul etməyəcəyik” deyib.

173044
Əhməd Davudoğlu BBC-yə açıqlama verib

Baş nazir Əhməd Davudoğlu, “ictimaiyyət məmnun qalsın deyə, Kobaniyə qarşı yardım istiqamətində heç bir strategiyanı qəbul etməyəcəyik” deyib.
BBC-yə verdiyi müsahibəsində baş nazir Əhməd Davudoğlu, Suriya ilə bağlı vahid bir strategiyaya tərəf olduqlarını ifadə edib. Türkiyənin Suriyadakı prioritetləri və bununla bağlı risklərin olduğuna diqqət çəkən baş nazir, "sərhədimizdə Suriya rejimini, İŞİD-i və PKK-nı görmək istəmirik" deyib.
Kobaninin vacib bir məsələ olduğuna bir daha işarǝ edən Davudoğlu buradakı böhranın Suriyadakı daha əhatəli bir böhranın nəticəsi olaraq ortaya çıxdığının unudulmamasının lazım olduğunu ifadə edib.
Baş nazir, “vətəndaşların azad olması müzakirə mövzusudursa, o zaman Kobanidən Türkiyəyə 200 min nəfər gətirilib və eləcə də oradakı insanların əksəriyyətinin təhlükəsizliyi təmin olunur” deyib.
Davudoğlu, Kobanini İŞİD-dən geri almağın yolunun hərbi əməliyyatla mümkün ola biləcəyini söyləyib. Bu əməliyyatı kimin hǝyata keçirǝcǝyinin önǝmli olduğunu deyən Davudoğlu, Türkiyədən Kobaniyə hərbi müdaxilə olarsa, beynǝlxalq sǝviyyǝdǝ çoxlu sayda ölkǝnin Türkiyəni tənqid edəcəyinə əmin olduğunu söyləyib.
Baş nazir, İŞİD-in və rejimin xalqa hücum etdiyi yerlərdə tǝhlükǝsiz bölgələrin yaradılmasının vacibliyini qeyd edib. Türkiyənin bazalarını açması ilə bağlı Baş nazir, İŞİD və rejim tərəfindən insanlığa qarşı işlətdiyi bütün günahlarla mübarizə mövzusunda ortaq bir anlayışa gələ biləcəyimiz hər cür gücə, koalisiyaya bazaların açılması və digər yollarla yardım etməyə hazırıq” deyib.
Qaçqınlar mövzusuna da toxunan Baş nazir, Türkiyənin hər zaman, qaçqınlara qapısını açdığını qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr