Cümhuriyyətin elan olunmasının 91-ci ildönümü

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Cümhuriyyətin elan olunmasının 91-ci ildönümü münasibəti ilə təbrik ünvanlayıb.

173201
Cümhuriyyətin elan olunmasının 91-ci ildönümü

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Cümhuriyyətin elan olunmasının 91-ci ildönümü münasibəti ilə təbrik ünvanlayıb.
Məktubda deyilir: “Daxili sülhü pozmağa, ölkədə bütövlüyü dağıtmağa göstərilən heç bir cəhd bizi sülh içində birlikdə yaşamaq istəyimizdən uzaqlaşdırmayacaq” Müxtəlif insanların birlikdə yaşamasına ən uyğun sistem olan Cümhuriyyǝtin qəbul olunmasının 91-ci ilinin qeyd olunduğunu deyən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, "dövlətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün “Mənim ən böyük mirasımdır' dediyi Cümhuriyyǝti, Türk Millətinin qarşıya qoyduğu hədəflərdə həmişə yol göstəricisi olub.
Azad və müstəqil həyatda iradəmizin göstəricisi olan Cümhuriyyǝt ilə çox önǝmli addımlar atılıb” deyən Cəmil Çiçək, Türkiyənin Cümhuriyyət ilə çatdığı səviyyədə TBMM-nin də rolu olduğunu qeyd edib.
Cəmil Çiçək "Cumhuriyyətimiz 91 yaşındadır. Millətlər üçün olduqca qısa olan bu müddətdə, xalqımız, fərqliliklərini zənginlik qəbul edərək, güvən içində yaşayan bir dövlət meydana gətirib. Buna görə də, Cümhuriyyət yarandığı ilk gün kimi müqəddəs və dinamikdir” deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr