Nazirlikdən "Sarı Toz" ilә bağlı açıqlama

İstanbulda bəzi konsulluqlara poçtla göndərilən şübhəli tozla bağlı aparılan ilk araşdırmalarda şarbon, vəba kimi bioloji maddələrə rast gəlinməyib.

172574
Nazirlikdən "Sarı Toz" ilә bağlı açıqlama

Səhiyyə Nazirliyi, İstanbulda bəzi konsulluqlara poçtla göndərilən şübhəli tozla bağlı aparılan ilk araşdırmalarda şarbon, vəba kimi bioloji maddələrə rast gəlinmədiyini açıqlayıb. İstanbul Qubernatorluğundan verilən məlumata görə, oktyabrın 24-də bəzi baş konsulluqlara zərf içində şübhəli toz göndərildiyi və hadisənin dərhal aidiyyatı qurumlar tərəfindən nəzarətə götürüldüyü bildirilir. Açıqlamada deyilir: "Bu gün Macarıstan Baş konsulluğunda ihbar alınmış və həmin yerdə çalışan işçilər dekontaminasiya edilmək üçün hadisə yerinə əməkdaşlar göndərilib. Qeyd olunur ki, digər bir konsulluqda 2 gün personal olmayıb və bu gün yeni iş həftəsində daxil olan zərfləri açdıqları zaman birinin içindən sarı toz tökülüb. Hazırda bu gün göndərilən sarı tozun bir neçə gün bundan əvvəl digər konsulluğa göndərilənlə eyni olub-olmaması araşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr