Ərdoğan, Estoniyaya sǝfǝr edib

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan, Latviya sǝfǝrindǝn sonra Estoniyaya keçib.

168719
Ərdoğan, Estoniyaya sǝfǝr edib

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan, Latviya sǝfǝrindǝn sonra Estoniyaya keçib.
Ərdoğan, rəsmi qarşılama mərasiminin ardından Estoniya prezidenti Toomas Hendrik İlves ilə görüş keçirǝcǝk.
Heyətlərarası görüşlərdǝn sonra isə birgə mətbuat konfransı tǝşkil edilǝcǝk.
Müstəqillik Müharibǝsi Abidǝsinǝ çələng qoyulmasının ardından Ərdoğan, xarici işlər naziri Urmas Paet tərəfindən şərəfinə veriləcək günorta yeməyinə qatılacaq.
Dövlǝt başçısı Ərdoğan, Estoniya Parlamenti Başçısı Eiki Nestor ilə bir araya gǝlǝcǝk.
Ərdoğan, NATO Kiber Müdafiə Mükǝmmǝliyyǝt Mərkəzi ilə Estoniya Demo Mərkəzini də ziyarət edəcək.
Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan, şərəfinə veriləcək axşam yeməyindən sonra Türkiyəyə qayıdacaq.
Ərdoğan, dünən Baltik ölkələrinə etdiyi sǝfǝrin ilk dayanacağı Latviyada görüşlər keçirmişdi.
Görüşlərdə, 2015-ci ilin ilk yarısında Avropa İttifaqının növbǝti sǝdrliyini icra edəcək olan Latviya, Avropa İttifaqına üzvlük prosesində Türkiyəyə olan dəstəyini bir dəfə daha dilǝ gǝtirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr