Cəmil Çiçək Cənubi Koreyada səfərdədir

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Cənubi Koreyada görüşlər keçirir.

166204
Cəmil Çiçək Cənubi Koreyada səfərdədir

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Cənubi Koreyada görüşlər keçirir.

Məclis sədri və rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfərin ikinci günündə Cənubi Koreya Döyüş Muzeyini və Milli Müzeyi ziyarət ediblər. Çiçək Türkiyənin Seul səfirliyində Cənubi Koreyada yaşayan Türklər və Türk dilli koreyalılarla bir araya gəlib.
2017-ci ilin Türkiyədə Cənubi Koreya ili, Cənubi Koreyada da Türk ili olduğunu ifadə edən Cəmil Çiçək iki ölkə arasındakı tarixi dostluq münasibətlərindən danışıb. Bildirib ki, tarixi kökləri olan ikitərəfli əlaqələri bundan sonra da inkişaf etdirmək üçün mövcud imkanları dəyərləndirməkdə fayda var.
Görüşdə maraqlı bir sürpriz də yaşanıb. Koreya müharibəsində Türk alayında tərcüməçi işləyən, Türkiyə- Cənubi Koreya dostluğunun canlı şahidi Paik Türk əsgərlərinin qəhrəmanlıqlarını xatırlayarkən romantik anlar yaşanıb. Paik "Türk əsgərləri həqiqətən qəhrəmancasına döyüşürdü. Mən bunu gözümlə gördüyüm üçün şahid olaraq hər yerdə deyirəm. Əgər Türk briqadası orada qəhrəmancasına döyüşməsəydi çox döyüşlərdə uğursuzluq əldə olunacaqdı” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr