ABŞ və Türkiyə Əyn- Əl - Ərəbdəki vəziyyət müzakirə ediblər

Ağ ev rəhbərinin həftə sonu prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Kobani başda olmaqla Əyn- Əl - Ərəbdəki vəziyyət müzakirə olunub.

165219
ABŞ və Türkiyə Əyn- Əl - Ərəbdəki vəziyyət müzakirə ediblər

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ilə Dövlət departamentinin rəhbəri Con Kerry həftə sonu Türk həmkarlarıyla telefon danışıqları aparıblar.
Ağ ev rəhbərinin həftə sonu prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Kobani başda olmaqla Əyn- Əl - Ərəbdəki vəziyyət müzakirə olunub.
Obama Ərdoğanı bölgədəki silahlı qüvvələrin möhkəmləndirilməsi barədə məlumatlandırıb.
Dövlət Katibi Con Kerry isə həmkarı Mövlud Çavuşoğlu ilə telefon görüşməsində İŞİD-ə qarşı mübarizə aparan qrupların havadan yardımlarla dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.
O, prezident Ərdoğanın "PYD-nin PKK ilə bərabər terror təşkilatı olduğu" istiqamətindəki fikirlərini xatırladaraq PYD ilə PKK-nın ayrı-ayrı qruplar olduğunu, PYD-nin Amerikanın terror siyahısında yer almadığını ifadə edib.
Con Kerry Türkiyənin bir çox məsələlərdə əhəmiyyətli addımlar atdığını da fikirlərinə əlavə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr