Әrdoğan İŞİD-ә qarşı mübarizә mövzusunda bәzi ölkәlәri tәnqid edib

Prezident Әrdoğan Әfqanıstana sәfәrdәn qayıdarkәn jurnalistlәrә açıqlama verib.

162463
Әrdoğan İŞİD-ә qarşı mübarizә mövzusunda bәzi ölkәlәri tәnqid edib

Prezident Rəcəb Tayyib Ərdoğan Əfqanıstana bir günlük səfərdən sonra İstanbula dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısı bəzi ölkәlәrin gündəmdəki probleminin Kobani olduğunu, lakin İraqın üçdə birinin terror təşkilatı İŞİD-in nәzarәtinә keçməsinə baxmayaraq hələ də bəzi dövlәtlәrin bundan heç narahat olmadıqlarını təəssüflə qeyd edib. Rəcəb Tayyib Ərdoğan, "Məsələn, İngiltərə yalnız İraq ilə maraqlanır, Suriya ilə yox" deyərək məsələyə yanaşmanı sərt tənqid edib. Prezident İraq və Suriyada yaşananların qarşısının alınması üçün İrana da aktiv rol oynaması barədə təklif təqdim etdiklərini, lakin İranla bu mövzuda bir razılaşma əldə olunmadığını deyib. Qeyd edib ki, bu razılıq əldə olunsaydı bəlkədə bu qədər qan tökülməz bu qədər insan ölməzdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr