Çavuşoğlu:"Hər kəs Türkiyənin oynadığı rolun fərqində"

Türkiyənin BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlük üçün namizədliyinin qәbulu münasibәti ilә Nyu-Yorkda ziyafәt verib.

158614
Çavuşoğlu:"Hər kəs Türkiyənin oynadığı rolun fərqində"


Türkiyənin BMT yanındakı daimi nümayəndəliyi, Türkiyənin BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlük üçün namizədliyinin qәbulu münasibәti ilә Nyu-Yorkda ziyafәt verib.
Tәdbirә, Türkiyənin rəqibləri İspaniya və Yeni Zelandiya xarici işlər nazirləri, çox sayda diplomat, jurnalist və dәvәtli qatılıb.
Xarici işlər naziri Mevlüt Çavuşoğlu, ziyafәtdә etdiyi təşəkkür çıxışında, Türkiyәnin müvәqqәti üzv seçilməsi halında BMT tәhlükәsizlik şurasında mədəniyyətlər və mədəniyyətlər arası körpülər salınması, daimi inkişafın gücləndirilməsi, terror və iqlim dəyişikliyi ilə mübarizəyə dəstək verilməsi, bərabərlik və ədalətin təmin edilməsi kimi bir çox mövzuda faydalı ola bilәcәyini qeyd edib. Türkiyənin 2009-2010 tarixindә şurada gördüyü uğurlu işlərә dә toxunan Çavuşoğlu, "Əgər seçilәrsәk yeni dövrdə də BMT tәhlükәsizlik şurasında dialoq, şəffaflıq və məhsuldarlığın inkişafı uğrunda sәy edәcәyik deyә vurğulayıb.
Çavuşoğlu, Türk mətbuat mənsublarına verdiyi açıqlamada isә Türkiyənin beynəlxalq təşkilatlar və BMT nəzdində oynadığı rolun hər kəs fərqində olduğunu qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr