"Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji bir hədəfdir"

Volkan Bozkır Avropa İttifaqına üzvlüyünün Türkiyə üçün strateji bir hədəf olduğunu və bu hədəfin son mərhələyə qədər davam etdiriləcəyini söyləyib.

157307
"Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji bir hədəfdir"

Avropa İttifaqı naziri və baş müzakirəçisi Volkan Bozkır Avropa İttifaqına üzvlüyünün Türkiyə üçün strateji bir hədəf olduğunu və bu hədəfin son mərhələyə qədər davam etdiriləcəyini söyləyib.
Nazir, Berlin səfəri çərçivəsində dünən Friedirich Ebert Vəqfində keçirilən konfransda Türkiyənin Avropa İttifaqına üzvlükdə qərarlı olduğunu, hökumətin bu prosesə dəstək verəcəyini ifadə edib.
Türkiyə və Avropa İttifaqı əlaqələrinin ortaq maraqlara söykəndiyini xatırladan Bozkır "Ümid edirik ki, bu tərəfdaşlıq Türkiyəni Avropa İttifaqına daha da yaxınlaşdıracaq və son mərhələyə çatdıracaq" deyib.
Volkan Bozkır, daha sonra Türk Alman Ticarət və Sənaye Palatasının 10–cu ildönümü münasibətilə keçirilən mərasimə qatılıb.
Avropa İttifaqı naziri buradakı çıxışında da Türk Alman Sənaye və Ticarət Palatasının iki ölkə arasındakı ticarət həcminin inkişafına əhəmiyyətli töhfə olduğunu ifadə edib.
Bozkır, "Türkiyə və Almaniya dost olmağa, gələcəyə birlikdə baxmağa məcbur iki ölkədir" deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr