"Qırmızı Kitab"da dəyişikliklər ediləcək

Türkiyəyə qarşı daxili və xarici təhdidlərin yer aldığı və ictimaiyyətdə "Qırmızı Kitab" olaraq adlandırılan milli təhlükəsizlik siyasəti sənədində dəyişikliklər ediləcək.

156581

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğanın ilk dəfə başçılıq edəcəyi və bu ayın sonunda reallaşacaq Milli Təhlükəsizlik Şurasının konfransında sənəd yenidən müzakirəyə çıxarılacaq. Ediləcək dəyişiklik barədə ilk dəfə Әrdoğan, Rize mitinqindəki çıxışı zamanı söyləmişdi.
Xatırladaq ki, Milli Təhlükəsizlik Şurası tərəfindən hazırlanan sənəd ən son 2010-cu ildə dəyişilmişdi. Sənəddə dəyişməyən mövzu başlıqları bunlardır: Yunanıstanla 12 mil və dəniz dibi ərazisi mövzusundakı ziddiyət, Qıbrıs problemi yer tutur. Ayrıca sənəddə milliyətçi və məzhəbdən mənbələnən ziddiyyətlər yer tutduqda, PKK terroru və Əl-Qaidə ilə Hizbullah kimi təşkilatlar da Qırmızı Kitabdakı təhdidlər arasındadır.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr