İncirlik mövzusunda yeni bir qərar yoxdur

Nazirlər Kabineti Baş nazir Əhməd Davudoğlunun başçılığında dünən toplantı keçirib.

155825
İncirlik mövzusunda yeni bir qərar yoxdur

Nazirlər Kabineti Baş nazir Əhməd Davudoğlunun başçılığında dünən toplantı keçirib.
Baş nazirin müavini Bülǝnt Arınç toplantıdan sonra verdiyi açıqlamada, Kobani ile bağlı tǝxribatçılıq hadisǝlǝrini dǝyǝrlǝdirib və onları terror aktı kimi xarakterizə edib.
Arınç, son hadisələr işığında Avropa İttifaqı ölkələri də nümunə götürülǝrǝk yeni bir təhlükəsizlik islahatının ǝsasını qoyacaqlarını bildirib.
Arınç, İŞİD-e qarşı döyüşən koalisiya qüvvələrinin atacağı ortaq addımlarla əlaqədar olaraq da, terrorla mübarizə daxilində icra edilən iş birliyindǝn başqa İncirliklə əlaqədar yeni bir qǝrarın olmadığını ifadə edib.
Bu mərhələdə sadǝcǝ tǝlim vǝ tǝchiz etmǝ proqramı üçün Türkiyə tərəfindən təklif edilən bəzi obyektlərin gündǝmdǝ olduğunu, bunda da qərar mərhələsinə gəlinmədiğini qeyd edǝn Arınç deyib, Türkiyə bunun yalnız təlim hissəsində ola bilər bu günə qədər olduğu kimi silah və təchizat işlǝrinǝ qatılmaz.
Bülənt Arınç, Suriyadakı tǝmkinli müxaliflərin tǝlimi barǝdǝ qǝbul edilǝn razılıq üçün isə bildirib ki, Türkiyənin haqlı olduğu ortaya çıxdı.
Baş nazirin müavini Arınç, Məsud Bərzaninin mətbuatda yer tutan "İŞİD hücumlarına qarşı özlərinə Türkiyənin dəstək verdiyini amma bunu qǝbul edilǝn ǝsaslara görǝ açıqlamadığı” ile bağlı sözlǝrini dǝ dǝyǝrlǝndirǝrǝk deyib ki, Bərzani müsbət bir açıqlama yayıb. Türkiyə milli maraqlarını ilk planda tutmaq mǝcburiyyǝtindǝdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr