Baş nazir müavini müzakirә prosesi ilә bağlı münasibәt bildirib

Avropa İttifaqına tam hüquqlu üzvlük müzakir prosesi yavaş irəliləyir.

154101
Baş nazir müavini müzakirә prosesi ilә bağlı münasibәt  bildirib

Türkiyə Baş nazirinin müavini Əli Babacan Vaşinqton səfərinin son günündə ABŞ mərkəzi Beynəlxalq Maliyyə İnstitutunun qonağı olub. İnstitutun rəhbəri Tim Adamsın suallarını cavablayan Babacan Avropa Birliyi müzakirə prosesinin proqnozlardan daha uzun çəkdiyi və yavaş irəlilədiyini söyləyib. Avropa Birliyinin sahib olduğu meyarlar və normaların Türkiyəyə ciddi təsiri olduğunu ifadə edən Əli Babacan Türk ictimaiyyətinin Avropa Birliyi prosesinә olan güclü dəstəyini də xatırladıb. Əli Babacan Avropa Birliyinin hələ də Türkiyənin bir nömrəli ixracat bazarı olduğunu ifadə edərək Rusiya, Ukrayna və İraqa edilən ixracatda düşüş müşahidə edildiyinə diqqət çəkib. İxracatda 20 faiz artım meydana gəldiyini deyən baş nazirin müavini bu çərçivədə ötən il Türkiyənin 153 milyard dollarlıq ixracat reallaşdırdğını söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr