Milli Kǝşfiyyat İdarǝsinin rǝhbǝri ABŞ-da sǝfǝrdǝdir

İdarǝnin rǝhbǝri Hakan Fidan görüşlər keçirmǝk mǝqsǝdi ilǝ Vaşinqtona sǝfǝr edib.

153098
Milli Kǝşfiyyat İdarǝsinin rǝhbǝri ABŞ-da sǝfǝrdǝdir

İdarǝnin rǝhbǝri Hakan Fidan görüşlər keçirmǝk mǝqsǝdi ilǝ Vaşinqtona sǝfǝr edib.
Fidan, ABŞ prezidenti Barak Obamanın Daxili Təhlükəsizlik və Terrorla Mübarizə üzrǝ müşaviri Lisa Monako ilə bir araya gəlib.
Mətbuata qapalı keçirilǝn görüşə dair detallar Ağ Ev tərəfindən verilǝn yazılı açıqlama ilǝ yayımlanıb.
Buna görə, görüşdə, terrorla mübarizədə əməkdaşlığın güclǝndirilmǝsi və İŞİD-ǝ qarşı yaradılan beynəlxalq koalisiyaya Türkiyənin mövqeyinin daha çox inteqrasiya edilməsinin yolları müzakirə edilib.
Ayrıca, İŞİD-in gücünün zǝiflǝdilmǝsi və tamamilə yox etmə nöqtəsində əhatə edici strategiyanın bir hissəsi kimi Türkiyənin yardımlarının sürǝtlǝndirilmǝsinin əhəmiyyəti də vurğulanıb.
Monako və Fidanın ayrıca, Suriyada Əl-Qaidə mǝnşǝli ortaq təhdidi nəzərdən keçirdiyi və təhlükəsizlik və kəşfiyyat mövzusunda yaxından məsləhǝtlǝşmǝnin davam etdirilmǝsi bardǝdǝ razılıq ǝldǝ etdiklǝri bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr