Keniyadakı qaçqın düşərgəsinə Türkiyədən yardım

Dünyanın ən böyük qaçqın düşərgəsi olan Keniyanın şərqindəki Dadaabda sığınacaq tapan təxminən 500 min insan quraqlıqdan əziyyət çəkir.

150867
Keniyadakı qaçqın düşərgəsinə Türkiyədən yardım

Dünyanın ən böyük qaçqın düşərgəsi olan Keniyanın şərqindəki Dadaabda sığınacaq tapan təxminən 500 min insan quraqlıqdan əziyyət çəkir.
Cansuyu Yardımlaşma və Həmrəylik Dərnəyi və Türkiyənin müxtəlif təşkilatları düşərgə sakinlərinə kömək əlini uzadıb. 1991-ci ildə Somalinin keçmiş dövlət başçısı Siad Biarenin devrilməsindən sonra yaranan qarışıqlıqların ardından bu ölkədən gələn qaçqınların yerlǝşdiyi düşərgədə yaşayanlar susuzluq səbəbi ilə çətin günlər yaşayırlar. Dadaab düşərgəsinə sığınan insanların yaşadıqları ərazinin infrastruktur baxımından qeyri-kafiliyi müxtəlif epidemiyaların artmasına səbəb olur. Su tapmaq üçün insanlar 100 kilometrlərlə məsafə qət etmək məcburiyyətindədirlər. Az saydakı su quyularının başında növbələr yaranır.
Cansuyu Yardımlaşma və Həmrəylik Dərnəyi 7 ildir bölgədəki qaçqınlara qurban əti paylamaqla yanaşı digər qida yardımları, eyni zamanda su quyularının qazılması işlərini də həyata keçirir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr