Avropa İttifaqının irəlilǝyiş hesabatı açıqlanacaq

Hesabatda, Türkiyənin müzakirə prosesində atdığı addımlar dəyərləndirilǝcǝk.

150225
Avropa İttifaqının irəlilǝyiş hesabatı açıqlanacaq

Avropa İttifaqı Komissiyası, sabah Türkiyə üçün 17-ci İrǝlilǝyiş hesabatını açıqlayacaq.
Hesabatda, Türkiyənin müzakirə prosesində atdığı addımlar dəyərləndirilǝcǝk.
Hesabatın açıqlanmasının ardından, Avropa İttifaqı naziri Volkan Bozkır, mətbuat toplantısında Türkiyənin düşüncǝlǝrini dilə gətirəcək.
Türkiyə, siyasi səbəblərlə açılmayan müzakirə başlıqlarına baxmayaraq qǝrǝzli tənqidlərə təmkinli yanaşarkǝn üsluba uyğun tənqidləri nəzərə aldığını açıqlayır.
Sabah açıqlanacaq hesabatda da hǝyata keçirilǝ islahatların məmnunluqla izlənildiyi istiqamətində ifadələrin yer tutacağı gözlənilir.
Komissiyanın bəzi mövzularda tənqidlər yönelteceği də hesabat açıqlanmadan gündəmə gəlir.
Ancaq rǝsmi Ankara, Avropa İttifaqı yolunda, qərarlı addımlarla irǝlilǝyir. Bunun üçün əvvəlcə 3 mərhələli bir ǝmǝliyyat planı hazırlanıb.
Buna görǝ Türkiyǝ ilk planda özü haqqındakı sǝhv tǝǝssüratların dǝyişdirilmǝsi üçün sǝy göstǝrǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr