Ərdoğandan Suriya və İraqla bağlı qanun layihəsinə dəstək

Türkiyənin dövlət rəsmiləri Böyük Millət Məclisinin açılışında bir araya gəliblər

147025
Ərdoğandan Suriya və İraqla bağlı qanun layihəsinə dəstək

Türkiyənin dövlət rəsmiləri Böyük Millət Məclisinin açılışında bir araya gəliblər. Prezident Rəcəb Tayyib Ərdoğan Suriya və İraqla bağlı qanun layihəsini dəstəklədiyini ifadə edərək "Ümid edirəm Parlament üzərinə düşəni edəcək" söyləyib. Baş nazir Əhməd Davudoğlu isə AKP Millət vəkili ilə regional müşavirə keçirib. Davudoğlu yığıncağın ardından Xalqların Demokratik Partiyasının həmsədri Səlahəddin Demirtaşı da qəbul edib. Görüşdə Səlahəddin Demirtaş terrorun sona çatması üçün aparılan həll prosesinin müvəffəqiyyətlə yekunlaşması üçün əlimizdən gələn səyi göstərəcəyik" deyə bildirib. Baş nazirlikdən verilən açıqlamada Davudoğlunun Demirtaşla görüşünün müsbət keçdiyi, həll prosesinə zərər verəcək cəhd və şərhlərdən imtina edilmәsi mesajı ifadə olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr