ABŞ,Türkiyǝyǝ xüsusi nümayǝndǝ göndǝrǝcǝk
ABŞ İŞİD-ǝ qarşı mübarizǝdǝ koalisiyanın göstǝrdiyi cǝhdlǝr çǝrçivǝsindǝ Türkiyǝyǝ xüsusi nümayǝndǝ göndǝrǝcǝk.
ABŞ İŞİD-ǝ qarşı mübarizǝdǝ koalisiyanın göstǝrdiyi cǝhdlǝr çǝrçivǝsindǝ Türkiyǝyǝ xüsusi nümayǝndǝ göndǝrǝcǝk.
ABŞ Dövlǝt Departamentinin sözcüsü Jan Psaki, prezident Obamanın İŞİD-ǝ qarşı qlobal koalisiya üçün xüsusi nümayǝndǝsi pensiyaçı general Con Allen ilǝ Allenin müavini Bret Maykqurkun İŞİD-ǝ qarşı koalisiyanın cǝhdlǝri çǝrçivǝsindǝ Türkiyǝni ziyarǝt edǝcǝyini bildirib.
Psaki, Allen vǝ Maykqurkun, İŞİD-ǝ qarşı koalisiya cǝhdlǝri çǝrçivǝsindǝ, ölkǝlǝrin koalisiyaya qatılması vǝ hǝrbi rollarından savayı ölkǝlǝrin koalisiya üçün hansı sahǝdǝ kömǝklik göstǝrǝ bilǝcǝklǝrini müzakirǝ edǝcǝklǝrini dilǝ gǝtirib.
“PKK-nın indi İŞİD ilǝ vuruşduğu vǝ ölkǝsinin buna dǝstǝk verib vermǝdiyinǝ dair suala isǝ Psaki belǝ cavab verib, PKK ABŞ-ın vǝ Avropa İttifaqının terror tǝşkilatı siyahısında qalmaqda davam edǝcǝk.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq