Baş nazir Əhməd Davudoğlunun gərgin iş proqramı

Baş nazir Əhməd Davudoğlu gərgin iş proqramı çərçivəsində bu gün ilk olaraq AK Partiyadan olan millət vəkilləri ilə regional müşavirə keçirib.

146461
Baş nazir Əhməd Davudoğlunun gərgin iş proqramı

Baş nazir Əhməd Davudoğlu gərgin iş proqramı çərçivəsində bu gün ilk olaraq AK Partiyadan olan millət vəkilləri ilə regional müşavirə keçirib.
Partiyasının Cənub-Şərqi Anadolu Bölgəsi üzrə millət vəkilləri ilə görüş təxminən 3 saata qədər davam edib. Görüşdə terrorla mübarizəyə dair həll prosesi və İraq və Suriyaya hǝrbçi göndǝrilmǝsinǝ dair hökumǝtǝ icazǝ verilmǝsilǝ bağlı qanun layihəsi müzakirǝ edilib.
Əhməd Davudoğlu daha sonra Xalqların Demokratik Partiyasının həmsədri Səlahəddin Demirtaş ilə bir araya gəlib. Görüşdə Baş nazirin müavini Yalçın Akdoğanla bərabər XDP-nin Şırnak Millət vəkili Selma İrmak da iştirak edib.
Baş nazir həmçinin Türkiyə Böyük Millət Məclisi növbəti qanunvericilik ilinin açılışı üçün Məclis Baş Assambleyasına qatıldıqdan sonra Amerika Birləşmiş Ştatları Ticarət naziri Penny Pritzkeri qəbul edəcək. Davudoğlu axşam saatlarında isə Məclisdə veriləcək ziyafətə qatılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr