Prezident Ərdoğandan BMT-yә istiqamәtli sәrt tәnqid

Prezident Ərdoğan, BMT-ni tənqid etmәkdә davam edir.

143639
Prezident Ərdoğandan BMT-yә istiqamәtli sәrt  tәnqid

Dünya İqtisadi Forumu, dünyanın siyasət və iqtisadiyyatını istiqamətlәndirәn ölkәlәrin nümayәndәlәrinin iştirakı ilә İstanbulda keçirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan, forumun açılışı mәrasimindә etdiyi çıxışda BMT-ni tənqid edib. Hәrbi çevriliş nәticәsindә iqtidarı әlә keçirәn Misir prezidenti Sisi-nin sammitdə çıxış etmәsinә daha bir dәfә sərt reaksiya verib. İllərdir terrora qarşı mübarizә edən Türkiyənin yalnız buraxıldığına da toxunan prezident, “Ey dünya IŞİD kimi bir terror təşkilatı ortaya çıxınca hәrәkәtә keçilir, PKK terror təşkilatına nә sәbәblә biganә qalınır” deyә vurğulayıb.
Aviazәrbәlәrin İŞİD təşkilatına qarşı mübarizәdә qәnaәtbәxş olmayacağını da ifadә edәn prezident Әrdoğan, ilk mәrhәlәdә tәhlükәsizliyi tәmin edilmiş, uçuşa etibarlı bölgə və tәlim-tәchizat sahәsindә lazımlı addımların atılmasının zәrurәt olduğunu qeyd edib.
Prezident Ərdoğan, foruma iştirak etmәk mәqsәdi ilә 70-dən çox ölkədən gәlәn 600 qәdәr yüksәk seviyyәli iştirakçı arasında yer alan Gürcüstan prezidenti Giorgi Marqvelasvili, Qırğızıstan dövlәt başçısı Almazbek Atambayev və İraq Kürd Regional Rəhbərliyinin baş naziri Neçirvan Bərzani ilə ayrı-ayrılıqda bir araya gәlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr